...

Gürcüstanın Maliyyə Nazirliyi Azərbaycanlı həmkarları ilə xərclərin orta müddətli planlaşdırılması təcrübəsi ilə bölüşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2007 14:13 (UTC +04:00)

Azərbaycan Maliyyə Nazirliyinin təşəbbüsü ilə Bakıda "Xərclərin ortamüddətli planlaşdırılması təcrübəsi" mövzusunda iki günlük dəyirmi masa təşkil olunub.

Dünya Bankının Bakı nümayəndəliyindən Trend ə verilən məlumata əsasən, tədbirin təşkilatçısı kimi DB çıxış edir.

Görüşdə bu sahədə Azərbaycanlı həmkarları ilə təcrübə ilə bölüşəcək Gürcüstan hökumətinin Maliyyə Nazirliyinin nümayəndələri iştirak edəcək. Belə tədbirlərdə iştirak əməkdaş dövlətlərə yardım göstərilməsi üçün yaxşı vasitədir.

Gürcüstan dövlət xərclərinin idarə olunması sahəsində islahatlara 2004-cü ildə başlayıb. Azərbaycan Maliyyə Nazirliyi isə yeni sistemə 2007-ci il büdcə proqnozlarının öncə proqnozlaşdırılmasında keçib. Ötən illərdən fərqli olaraq büdcə xərcləri proqram əsasında qoyulurdu. Bununla yanaşı, Azərbaycan böyük neft gəlirləri ilə əlaqədar olaraq xərclərin orta müddətli planlaşdırılmasına keçib.

Dünya Bankı və donor təşkilatlar Gürcüstanın büdcə prosesində gedən islahatları dəstəkləyir və hesab edir ki, Gürcüstan keçid dövründə olan digər dövlətlər üçün qəbul olunan nümunədir.

O cümlədən, Gürcüstan digər dövlətlərə büdcə sirkulyarlarının, büdcə sifariş formalarının və büdcə departamenti əməkdaşları üçün təlimatların hazırlanmasını, büdcə prosesinin daha şəffaf və nəticəli olması, büdcə formatının maksimal olaraq beynəlxalq standartlara yaxınlaşdrılması üçün maliyyə nazirliyinin dövlət xərclərini həyat keçirən digər subyektlərlə əməkdaşlığın necə olmasını göstərə bilər.

Xəbər lenti

Xəbər lenti