...

2006-cı ildə Azərbaycanın dövlət büdcəsinin profisiti ÜDM-in 0,5%-ni təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2007 14:56 (UTC +04:00)

1 yanvar 2007-ci il tarixində dövlət büdcəsinin gəlir hissəsinə faktiki daxilolmalar ötən ilin analoji dövrü ilə müqayisədə 88,8% və ya 1826 mln. manat artaraq, 3881,2 mln. manat (ÜDM-in 21,9%) təşkil edib. Bu barədə Trend ə hökumətdən məlumat verilib. Dövlət büdcəsinin xərcləri 77% (1649 mln. manat) artaraq, 3789,7 mln. manat (ÜDM-in 21,4%-i) təşkil edib.

Ötən il ərzində büdcənin profisiti 91,5 mln. manat təşkil edib, bu isə ÜDM-in 0,5%-dir.

Dövlət büdcəsinin gəlir hissəsinin strukturunda 70% (2716,6 mln. manat) Vergilər Nazirliyinin hesabına təmin olunub. Vergi yığımları üzrə proqnoz 103,3% yerinə yetirilib. Gömrük rüsum və vergilərindən daxilolmalar 516 mln. manat təşkil edib (13,3% xüsusi çəki ilə) və proqnoz 102,1% yerinə yetirilib.

Hesabat dövründə ƏDV-dən 737,8 mln. manat daxil olub, bu isə ümumi gəlirin 19%, mənfəət vergisindən - 994,5 mln. manat (25,6%), gəlir vergisindən - 378,5 mln. manat (9,8%), aksiz vergisindən - 187,4 mln. manat (4,8%), xarici iqtisadi fəaliyyət üzrə vergidən - 241,2 mln. manat (6,2%) təşkil edir.

Ötən il büdcə vəsaitlərindən əhalinin sosial təminatı və müdafiəsinə 341,5 mln. manat (9%), təhsilə - 479 mln. manat (12,6%) prokurorluq, təhlükəsizlik, hüquq-mühafizə, məhkəmə hakimiyyəti orqanlarının saxlanmasına- 278,5 mln. manat (7,3%), iqtisadiyyata investisiya qoyuluşları - 1246,9 mln. manat (32,9%), onlardan mənzil-kommunal xərclərinə- 61,6 mln. manat (1,6%), sənaye və tikintiyə - 882,9 mln. manat (23,3%), kənd, meşə təsərrüfatı, eləcə də balıqçılığa- 132,4 mln. manat (3,5%) ayrılıb. 2006-cı il ərzində əmək haqqının, təqaüd və müavinətlərin ödənilməsinə büdcə xərclərinin 30%-i (1124 mln. manat) sərf olunub.

Xəbər lenti

Xəbər lenti