...

Azərbaycan –Almaniya biznes-forumun yekunlarına görə sazişlərin imzalanması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2007 15:23 (UTC +04:00)

Fevralın 16-da Berlində Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək. Trend Azərbaycanda ixracın və investisiyaların təşviqi fondunun (AZPROMO) bazar ertəsi yaydığı press-relizə istinadən xəbər verir ki, biznes-forum Almaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilir, təşkilatçı qismində isə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və AZPROMO çıxış edir.

Tədbirdə iki ölkənin rəsmi şəxsləri, ölkənin qeyri-neft sektorundan 30-dan çox iş adamı iştirak edəcək və onlara Almaniyanın 150-dən çox şirkət və təşkilatları qoşulacaq. Şirkətlər bank, telekommunikasiya, nəqliyyat, tikinti, aqrar sektorlarını və s. təmsil edirlər.

Biznes-forumda AR iqtisadi inkişaf naziri Heydər Babayev "Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın perspektivləri" mövzusunda çıxış edəcək, AZPROMO-nun prezidenti Emil Məcidov isə "Azərbaycanda investisiya iqlimi, ticarət və biznes üçün imkanlar" təqdimatını keçirəcək.

Tədbirdə Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyət təcrübəsinə həsr olunmuş "Bakı-inkişaf üçün məkandır" adlı açıq müzakirələr təşkil olunacaq. Biznes-forumun mühüm hissəsi iki ölkənin iş adamları arasında birbaşa danışıqlara həsr olunacaq. Yekunda isə işgüzar sazişlərin bağlanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti