...

AMB-nın rəhbərliyi AİF-nin bank-agentləri siyahısından qeyri-aktiv bankları çıxaracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2007 15:41 (UTC +04:00)

Trend in məlumatına əsasən, Azərbaycan Milli Bankının idarə heyəti Azərbaycanın İpoteka Fondunun (AİF) agentləri qismində seçilmiş, lakin bu funksiyaları həyata keçirməyən banklara qarşı ölçü götürmək niyyətindədir.

AZTV telekanalına AİF-in icraçı direktoru Faiq Məmmədovun billdirdiyinə görə, AMB idarə heyəti bu siyahıdan qeyri-aktiv bankları kənarlaşdırmaq və ipoteka kreditləşməsi sistemində fəal işləyən bankları saxlamağı planlaşdırıb.

Hazırda AİF sisteminə 23 bank-agent qoşulub. Bu günə qədər ayrılmış 274 ipoteka kreditlərindən 271 razılaşma 11 bank tərəfindən həyata keçrilib. İpoteka kreditləşməsi sistemində ən fəal ipoteka fondunun vəsaitindən 113 kredit ayırmış Texnikabank, Standard Bank (38), Respublika Bank (29) və Nikoil Bank (23).

Ayrılmış ipoteka kreditlərinin ümumi məbləği 2006-cı ilin martından başlayaraq 6,5 milyon manatı keçib.

AMB idarə heyətinin qərarı ilə ipoteka fondunun səlahiyyətli kredit təşkilatlarının siyahısı genişləndirilib və son olaraq bu siyahıya "Azərbaycan Sənaye Bankı" (keçmiş CI Bank) əlavə olunub. F.Məmmədov hesab edir ki, yenidən qoşulmuş banklar ipoteka kreditləşməsinə başlamaq üçün hazırlıq aparır. Məhz bunun üçün kadrlar, yeni maliyyə alətinə əsasən müştərilərə xidmət göstərən şəbəkənin hazırlanması tələb olunur.

Beləliklə, AİF 2005-ci il dövlət büdcəsinə 6 milyon manat məbləğində ipoteka kreditləşməsi üçün qoyulmuş vəsaitlərin mənimsənilməsini başa çatdırıb. 2006-cı ildə 20 milyon manat, 2007-ci il üçün də bu həcmdə vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti