...

Azərbaycan Ekologiya Nazirliyi "quş qripi" virusunun qarşısının alınması ilə bağlı tədbirlərin icrası üzrə reydlər keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2007 17:11 (UTC +04:00)

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi "quş qripi"nin qarşısının alınması ilə bağlı təbirlərin yerlərdə icra dərəcəsinin müəyyən edilməsi üzrə reyd və monitorinqlər keçirib.

Nazirliyə istinadən Trend bildirir ki, quşların tələf olmasının növbəti faktı fevralın 8-də Neftçala rayonunun Boyat kəndində qeyd alınıb. 8 baş sərçə və 2 baş qarğa cəsədi aşkar edilərək bu cəsədlərdən Bakıda laborator müayinələr üçün analizlər götürülüb, ərazi dizinfekstya edilib. Laborator tədqiqatların nəticələri yaxın günlərdə hazır olacaq.

Yerlərdə bu xəstəliyə qarşı tədbirlərin icrasına nəzarət məqsədilə nazirlik tərəfindən 7 operativ qrup yaradılıb, bu qrupların əsas vəzifəsi əhalinin maarifləndirilməsi, profilaktik tədbirlərin təbliği, xəstə və ya ölmüş ev quşları ilə düzgün davranma qaydalarından ibarətdir.

Azərbaycanda quşların ovlanması ilə bağlı qadağa 2005-ci ildən qoyulub və hələ də qüvvədədir.

Xəbər lenti

Xəbər lenti