...

Azərbaycanda "Əmanətlərin sığortalanması" haqqında qanun qüvvəyə minib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2007 17:34 (UTC +04:00)

Rəsmi mətbuata istinadən Trend məlumat verir ki, Azərbaycanda "Əmanətlərin sığortalanması" haqqında qanun qüvvəyə minib.

Qanuna əsasən, sığorta fondunun iştirakçıları olan banklar 10 min manat məbləğində birdəfəlik üzvlük haqqı ödəyir. Təqvim haqları iştirakçı bankların Fondun reyestrinə daxil olunduğu gündən başlayaraq birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15%, sonrakı illərdə isə 0,125% həcmində ödənilir.

Fondun sığorta ehtiyatları qorunan əmanətlərin 5%-nə çatdıqda Himayəçilik Şurası iştirakçı banklar tərəfindən ödənilən təqvim haqlarının azadılması və ya təqvim haqlarının ödənilməsinin dayandırılması barədə qərar qəbul edə bilər.

Qanunda əmanətlərin sığorta edilməsində bir sıra məhdudiyyətlər də var. O cümlədən, Milli Banıkn uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir.

Qanuna əsasən, banklarda prboblem yarandığı təqdirdə əmanət sahibi kompensasiyanın əldə olunmasını nəzərdə tuta bilər. O cümlədən, 2008-ci ilin yanvarın 1-dək əmanətin məbləğinin 100%, lakin 4 min manatdan çox olmayaraq, 2010-cu ilin yanvarın 1-dək əmanətin məbləğinin 100%, lakin 8 min manatdan çox olmayaraq bütün həcmi ilə kompensasiya ediləcək

Fond ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı Direktor tərəfindən idarə olunur. Himayəçilik Şurası 7 nəfərdən ibarətdir.Himayəçilik Şurasının tərkibinə Milli Bankın üç nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir. Şərtlərə görə şuranın iclasları kvartalda 1 dəfədən az olmayaraq keçiriləcək.

Qanunun tətbi iilə bağlı prezident nazirliklərə və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına göstəriş verib. O cümlədən, Nazirlər Kabineti və İqtisadi İnkişaf Nazirliyinə Himayəçilər Şurasına hökumət nümayəndərini təyin etmək funksiyası həvalə edilib. Milli Banka bankların qiymətləndirilməsi və restrukturizasiyası proseslərinin dərinləşdirilməsi üzrə məqsədyönlü tədbirlər həyata keçirmək tapşırılıb. Milli Bank həmçinin Himayəçilər Şurasında 3 nümayəndəsini də təyin etməlidir. Nazirlər Kabineti Milli Bank ilə birlikdə bank sistemində maliyyə intizamının gücləndirilməsi və bank inzibatçılarının məsuliyyətinin artırılması məqsədi ilə maliyə sanksiyalarının tətbiqi üçün qanunvericilik təkliflərini hazırlayıb 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti