...

FAO ekspertləri 2007-ci ildə təxminən 34 ölkənin ərzaq böhranı ilə üzləşəcəyindən ehtiyatlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2007 20:55 (UTC +04:00)

Dünya ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) proqnozlaşdırıb ki, taxıl məhsulu 2007-ci ildə yaxşı olacaq, lakin qismən pis hava şəraiti bir sıra ölkələrin ərzaq böhranı ilə üzləşməsinə səbəb ola bilər. Bu barədə BMT-nin məlumatına istinadən Trend xəbər verir.

FAO tərəfindən ildə 4 dəfə nəşr olunan məhsul növlərinə aid sonuncu məruzəsində qeyd olnub ki, ümumilikdə normal hava şəraiti və Avropa, Şimali Amerikada əkinin genişləndirilməsi 2007-ci ildə taxıl bitkilərinin məhsulunu artıracaq.

Ötən il bütün dünyada 2 milyard ton taxıl yığılıb, bu da 2005-ci ildəki göstəricidən 2,7% aşağıdır. FAO qeyd edir ki, ekspertlər lap pis nəticə gözləyirdi və 2006-cı ilin nəticəsi az gəlirli və ərzaq çatışmamazlığı olan dövlətlərdə əkinin artırılması hesabına proqnozu doğrultmayıb.

FAO ekspertləri 2007-ci ildə təxminən 34 ölkənin ərzaq böhranı ilə üzləşəcəyindən ehtiyatlanır. Afrikanın şərqində buna səbəb Rift vadisində daşqın və qızdırma xəstəliyinin partlayışı olacaq.

Həmçinin Çad, Qvineya, Liberiya, Zimbabve, Konqo Demokratik Respublikası, Anqola, Burundi, Nigeriya və Mavritaniyanın əhalisinin ərzaq təhlükəsizliyi də təhlükə altındadır. Bu cür təhlükə vətəndaş münaqişələri, dövlətlərin siyasi və iqtisadi cəhətdən qeyri-sabit olmasıdır.

Haiti və Şri-Lanka əhalisinin beynəlxalq yardıma ehtiyacı olacaq. Azərbaycan da quraqlıq səbəbinə görə bu ölkələr siyahısına daxil edilib.

Xəbər lenti

Xəbər lenti