...

"Kapital Bank" 2006-cı ildə proqnozları artıqlaması ilə doğruldub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2007 11:50 (UTC +04:00)

Dövlət bankı "Kapital bank" proqnoz göstəricilərini 110% doğruldub. Bank idarə heyəti sədri Rauf Rzayevə istinadən Trend bildirir ki, bankın gəlirləri 22 mln. manat səviyyəsində gözlənilirdi, lakin faktiki olaraq 24,2 mln. manat həcmində olub. Bununla yanaşı, bankın təmiz mənfəəti 275% yerinə yetirilib. Yerli standartlara görə 3,3 mln. manat təmiz mənfəət əldə edilməsi təsdiq edilir, lakin beynəlxalq qiymətləndirmələrə görə bu daha çox olacaq.

R.Rzayevin sözlərinə görə, hazırda bankın fəaliyyəti beynəlxalq "PriceWaterhouseCoopers" tərəfindən audit yoxlamasından keçirilir, rəy aprel ayında təqdim olunacaq.

İlin nəticələrinə görə, bankın aktivləri strateji inkişaf planına uyğun olaraq 140 mln. manat səviyyəsində gözlənilirdi, həmçinin özəlləşmədən alınan pul vəsaitləri də nəzərə alınmaqla, lakin özəlləşmənin birinci mərhələsinin nəticələri hələ 2007-ci ildə məlum olacaq. Bununla yanaşı, bank aktivləri bu proqnozları keçərək 149 mln. manat təşkil edib. İlin əvvəlində isə 96 mln. manat təşkil edib.

Başqa göstəricilərlə bağlı da artım müşahidə olunur. "Kapital bank"ın kredit portfeli aktivlərin 42-44%-ni təşkil edib. Yeni məhsullar hesabına depozit portfeli 3 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti