...

"Agrolizing" 2007-ci ildə kənd təsərrüfatı texnikasının ilk partiyasının alınması ilə bağlı tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2007 14:40 (UTC +04:00)

"Agrolizing" ASC 2007-ci ildə kənd təsərrüfatı texnikasının ilk partiyasının alınması ilə bağlı tender elan edib. ASC-nın məlumatına istinadən Trend xəbər verir ki, tender iki lot üzrə keçirilir - 150 ədəd otbiçən, 42 ədəd ot-küləş presləyən, 250 ədəd müxtəlif kotanlar, 40 ədəd yerqazan, 60 ədəd traktor üçün qoşqu və 48 ədəd traktor alınması üçün.

Birinci lot üzrə tenderdə iştirakın dəyəri 500 manat, ikinci lot üzrə 300 manat təşkil edir.

Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini fevralın 15-nə qədər təqdim etməlidirlər. Paketlərin açılması fevralın 16-də keçiriləcək.

Tenderin qalib şirkəti alınmış texnikanı ASC-ya tərəflər arasında razılaşma imzalandıqdan sonra 90 gün ərzində çatdırlmalıdır.

Xəbər lenti

Xəbər lenti