...

Azərbaycan 2007-ci ildə üzüm istehsalını xeyli artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2007 19:18 (UTC +04:00)

2007-ci ildə Azərbaycanda üzüm istehsalı 100 min ton həcmində planlaşdırılıb. Bu barədə Trend ə əsasən, bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib. Yeni üzümlüklərin ümumi sahəsi 3,3 min hektar təşkil edəcək.

2006-cı ildə ölkədə üzüm istehsalının göstəricisi 86 min ton təşkil edib. Bu göstərici proqnozlaşdırılmış 80 min tondan 4 min ton çoxdur. Yeni salınmış üzümlüklərin sahəsi 1159 hektar təşkil edib.

Bununla yanaşı, Kənd təsərrüfatı nazirliyi 2008-ci ilə qədər 6 min hestar sahəni əhatə edəcək əlavə üzümlüklərin salınmasını da planlaşdırıb.

2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına əsaəsn Cəlilabad, Qazax, Xanlar, Kürdəmir, Tovuzda hər il 100-150 hektar yeni üzümlüklər salınır. Xanlar, Cəlilabad, Şamaxı rayonlarında isə Fransadan gətirilmiş üzüm sortları əkilir.

Xəbər lenti

Xəbər lenti