...

"Baku Steel Company" yenidən istehsalı dayandıra bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2007 13:18 (UTC +04:00)

"Baku Steel Company" (BSC) bu həftə məhsul istehsalını bərpa edib. Bu barədə çərşənbə günü Trend ə BSC vitse-prezidenti Əli Əsgəri bildirib. İstehsalın bərpası müəyyən həcmdə metal xammalın toplanması sayəsində mümkün olub.

Ə.Əsgəri bildirib: "Biz maliyyə çətinliklərindan qaçmaq üçün, xüsusən əməkdaşların əmək haqlarının ödənilməsi və yerli bazarda məhsul çatışmazlığının qarşısını almaq məqsədilə istehsalı bərpa etmişik".

Bu gün müəssisə metal xammmala olan gündəlik tələbatın yalnız yarısını ala bilir ki, bu, 1 min tonu keçir.

Bu gün müəssisə gələcək istehsal üçün metal toplanması ilə məşğuldur.

Ə.Əsgəri bildirib: "Əgər yaxın vaxtlarda alınan xammalın həcmini artımaq mümkün olmasa, müəssisə bir aydan sonra fəaliyyətini yenidən dayandırmağa məcbur olacaq".

BSC 2007-ci ildə xammal çatışmazlığı səbəbindən öz fəaliyyətini dayandırıb. BSC-nın istehsal gücü ildə 350 min ton təşkil edir. 2006-cı ildə BSC-nın istehsal həcmi 300 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti