...

Gürcüstan Azərbaycana olan borcunun həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2007 16:13 (UTC +04:00)

Trend in Gürcüstan müxbirinə Maliyyə Nazirliyindən bildiriblər ki, Gürcüstanın Azərbaycan qarşısında xarici borcu 31 yanvar 2007-ci il tarixi üçün 14,57 mln. dollar təşkil edir.

Gürcüstanın ümumi xarici borcu 1,68 mlrd. dollar təşkil edir.

Gürcüstan həmçinin borcludur: Avstriyaya - $1,95 mln., Türkmənistana - $41,08 mln, Türkiyəyə - $53,45 mln, İrana - $11,42 mln, Rusiyaya - $143,77 mln, ABŞ-a - $41,36 mln, Ermənistana - $17,66 mln, Özbəkistana - $0,39 mln, Ukraynaya - $0,35 mln, Qazaxıstana - $27,77 mln, Almaniyaya - $82,64 mln, Yaponiyaya- $42,73 mln, Küveytə - $14,53 mln, Niderlanda - $4,27 mln.

Gürcüstanın həmçinin beynəlxalq institutlara aid borcları var, bu borclar ümumilikdə 1,12 mlrd. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti