...

Azərbaycan-Çin birgə müəssisəsi pəncərə şüşələrinin istehsalının təşkilinə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2007 16:29 (UTC +04:00)

2007-ci ilin ikinci yarısında pəncərə şüşələrinin istehsalı üzrə birgə müəssisənin (BM) tikintisinə başlanır. "Xəzər" Səhmdar Cəmiyyətinin prezidenti Qüdrət Kərimov Trend ə bildirib ki, hazırda Çinin "Shianfi" şirkəti ilə danışıqlar aparılır, bu şirkət həmin layihənin təşkilində iştirak etmək niyyətindədir.

Layihənin ümumi dəyəri 12 mln. dollar qiymətləndirilir.

Müəssisənin istehsal gücü ildə 2 mln. m2 təşkil edəcək. BM-də Azərbaycan və Çin investisiyalarının bərabər həcmdə, yəni hər birinə 6 mln. dollar qoyulması istisna edilmir.

"Xəzər" SC artıq Sumqayıtda fəaliyyət göstərən şüşə zavodunun səhmdarıdır.

Xəbər lenti

Xəbər lenti