...

"Çirkli" pulların yuyulması ilə mübarizə üzrə idarələrarası işçi qrupu Strasburqda Avropa Şurasının eksperti ilə məsləhətləşmələri davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2007 13:25 (UTC +04:00)

"Çirkli" pulların yuyulması ilə mübarizə üzrə idarələrarası işçi qrupu "Pulların yuyulması və terrorun maliyyələşdirilməsi ilə mübarizə haqqında" qanun layihəsinə dair ABŞ Ədliyyə Departamenti və Avropa Şurasından şərhlər alıb.

AMB-nin idarə heyətinin sədr müavini, "çirkli" pulların yuyulması ilə mübarizə üzrə idarələrarası işçi qrupunun rəhbəri Rüfət Aslanlının Trend ə verdiyi xəbərə görə, qanun layihəsi ilkin olaraq ATƏT, Dünya bankı və BVF ekspertləri müzakirə olunub.

Bütün bu ekspertlər layihəyə müsbət qiymət veriblər. Lakin ABŞ-ın Azərbaycandakı səfirliyi, Avropa Şurası və Azərbaycan hökümətinin təşkilatçılığı ilə 31 oktyabr 2006-cı il tarixində Bakıda keçirilmiş "Pulların yuyulması, maliyyə terroru və digər maliyyə cinayətləri ilə mübarizədə hüquq çərçivələri" konfransında ABŞ və Avropa Şurasından iki ekspert iştirak edib. Onlar əsasən texniki xarakter daşıyan bəzi tövsiyyələr göndərdi və onların bəziləri onunla bağlı idi ki, bu ekspertlər ölkənin hüquqi sistemi ilə kifayət qədər tanış idilər, bu isə hər -hansı tövsiyyələrin verilməsi üçün qaçılmazdır, belə ki, yenidən tərtib olunmuş qanun layihəsi AR-in ümumi qanunverici platformasına daxil olmalıdır.

"İlkin belə hazırlıq olmadan ekspertlərin çoxlu suallarının olması obyektivdir. ABŞ ekspertlərinin 26 yanvar 2007-ci il tarixində Bakıya səfəri zamanı biz çox konstruktiv müzakirələr apardıq və bütün maraqlandıran suallar üzrə izahatlar verdik və onlardan müsbət cavab gözləyirik", - deyə R.Aslanlı bildirib.

Avropa Şurasının eksperti Klaudio Stroliqo ilə bu yaxınlarda görüş keçirilən zaman analoji vəziyyət yaranıb.

"Biz ilkin olaraq qanun layihəsi üzrə məsləhətləşmələr aparmaq üçün bu ekspertlə fevralın 22-də Strasburqda görüşmək barədə razılaşdıq və mən tamamilə əminəm ki, bu diskussiyaların nəticələri üzrə də artıq təqdim olunmuş qanun layihəsində əhəmiyyətli dəyişikliklər olmayacaq", - deyə AMB sədr müavini hesab edir.

Xəbər lenti

Xəbər lenti