...

Azərbaycanın nümayəndə heyəti Moneyval –ın plenar iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2007 13:32 (UTC +04:00)

Fevralın 19-dan 23-nə qədər Strasburqda Avropa Şurasının Moneyval "çirkli" pulların yuyulması üzrə ekspert qrupunun növbəti plenar iclası keçiriləcək.

AMB idarə heyətinin sədr müavini, "çirkli" pulların yuyulması ilə mübarizə üzrə idarələrarası işçi qrupunun rəhbəri Rüfət Aslanlının Trend ə verdiyi xəbərə görə, Azərbaycanın nümayəndə heyəti həmçinin ilk dəfə Çirkli pulların yuyulmasına müqavimət üzrə (FATF) İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının (OECD) Yuyulmaya müqavimət üzrə maliyyə tədbirləri qurupu ilə birlikdə keçiriləcək bu tədbirdə iştirak edəcək.

R.Aslanlının sözlərinə görə, işçi qrupu artıq FATF-ın 40 tələbinə və terrorun maliyyələşdirilməsinin qarşısının alınması üzrə 9 tələbə uyğun olmaq üçün görülmüş işlər haqqında hesabatı Moneyval-a təqdim edib.

Başqa ölkələrdə olduğu kimi, Azərbaycanın da məruzəsinə plenar iclas çərçivəsində büroda baxılacaq. Azərbaycanın nümayəndə heyəti həmçinin bu tədbirdə iştirak edəcək.

Moneyval-ın ildə üç dəfə keçirilən hər iclasında ölkələr pulların yuyulması və terrorun maliyyələşdirilməsi ilə mübarizə istiqamətində görülmüş işlər haqqında məlumat verirlər.

Xəbər lenti

Xəbər lenti