...

"Amrah Sigorta" şirkəti 2006-cı il mükafatlarının həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2007 15:58 (UTC +04:00)

"Amrah Sigorta" şirkətinin 2006-cı ildə mükafatlarının həcmi 424,439 min AZN təşkil edib, bunun 421,321 min manatı könüllü sığortanın payına düşüb. Bu barədə cümə axşamı Trend ə şirkətin direktoru Şahin Məmmədov bildirib.

Onun sözlərinə görə, 2006-cı ildə avtonəqliyyat vasitələri sahiblərinin əmlakının məcburi sığortalanması üzrə 5,282 min manat həcmində mükfat yığılıb. Bədbəxt hadisələrdən sığortalanma üzrə 18,276 min manat, yanğınlardan sığortalanma üzrə 7,900 min manat şirkətə daxil olub.

Hesabat dövrü ərzində "Amrah Sigorta" şirkətinin ödəmələri 208,704 min manat təşkil edib. Bu vəsaitin avtomobil sahiblərinin əmlakının məcburi sığortalanması üzrə 34,52 min manat, yanğınlardan sığortalanma üzrə - 181,90 min manat, bədbəxt hadisələrdən sığortalanma üzrə - 492,68 min manat ödəniş aparılıb.

Xəbər lenti

Xəbər lenti