...

Azərbaycan Dövlət Statistika Komitəsi 2007-ci ilin yanvarında inflyasiyanın artım tempini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2007 18:40 (UTC +04:00)

İstehlak malları və xidmətlər tarifində qiymət artımı tempi 2007-ci ilin yanvarında 2006-cı ilin dekabr ayı ilə müqayisədə 6,4% təşkil edib. Bu barədə Trend -ə Dövlət Statistika Komitəsindən məlumat verilib. İstehlak mallarının qiyməti bu dövr ərzində 3,9%, qeyri-ərzaq malları - 3,2%, xidmətlərə görə qiymət - 17,1% bahalaşıb.

Komitədən bildirilib ki, ay ərzində süd məhsulları, pendir, yumurtanın qiyməti 3,8%, çörək məmulatları - 2,7%, balıq məhsulları - 1%, tərəvəz və meyvə - 12,5%, mineral su, sərinləşdirici içki və şirələr - 0,8%, qənd, konfet, cem və bal - 1,3%, yağ və piy - 2,3%, pivə-0,7%, tütün məhsulları - 0,3%, spirtli içkilər - 0,5%, ət məhsulları 1,1% bahalaşıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə inflyasiyanın artım tempi 17% təşkil edib. Bununla yanaşı, ərzaq məhsullarının qiyəmti 18%, qeyri-ərzaq məhsullarının qiyməti 8,7%, xidmət sahəsində tariflər - 22,2% artıb.

Xəbər lenti

Xəbər lenti