...

Azərbaycanda tikinti işlərinin həcmi artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 13:26 (UTC +04:00)

Yanvar ayında Azərbaycanda 126 mln. manat həcmində tikinti işləri görülüb ki, keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 36,7% çoxdur. Dövlət Statistika Komitəsinə istinadən Trend xəbər verir ki, tikinti sahəsində göstərilən xidmətlərin ümumi həcminin 33 mln. manatı dövlət müəssisələri, 93 mln. manatı özəl müəssisələr tərəfindən həyata keçirilib.

Ümumi həcmin 99,7 mln. manatı yeni tikililərin, bərpa və genişləndirmə işlərinin, 14,3 mln. manatı əsas təmirin, 5,8 manatı cari təmirin, 6,2 mln. manatı digər tikinti işlərinin payına düşüb.

2006-cı ildə tikinti sahəsində məşğul olan şəxslərin orta aylıq əmək haqqı 300,4 manat təşkil edib ki, bu 19,1% çoxdur.

Xəbər lenti

Xəbər lenti