...

Azərbaycanda metallurgiya sahəsində istehsal həcmi aşağı düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 13:28 (UTC +04:00)

2007-ci ilin yanvar ayında Azərbaycanın metallurgiya müəssisələrində istehsal həcmi ötən illə müqayisədə 13,2% aşağı düşüb. Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi istehsalın 17,2%-i özəl sektorun payına düşüb.

Yanvar ayından fevralın ortalarına qədər Azərbaycanın böyük metallurgiya şirkəti - Baku Steel Company xammal çatışmazlığı səbəbindən öz fəaliyyətini dayandırmağa məcbur olub. Ekspertlər göstərir ki, yaxın aylarda Azərbaycanda metallurgiyada ümumi istehsalın azalması davam edə bilər. Bunun səbəbi Baku Steel Company-də davam edən xammal çatışmazlığı və istehsalatın növbəti dəfə dayanması ehtimalıdır.

Məhsul növləri

növləri

2007 -ci ilin yanvar ayında istehsal həcmi

ayında istehsal həcmi

Əvvəlki illə müqayisədə, %

müqayisədə, %

1 fevral 2007 -ci il tarixində hazır məhsul ehtiyatı

hazır məhsul ehtiyatı

Metallurgiya sənayesi

Çuqun tökmə (ton)

uqun tökmə (ton)

93,4

90,2

324

Polad tökmə (min ton)

tökmə (min ton)

5,2

3,2

2

Armaturlar (min ton)

0

-

0,4

Alüminium oksidi (min ton)

lüminium oksidi (min ton)

9,1

30,9

9

Hazır metal məmulatlarının istehsalı

azır metal məmulatlarının istehsalı

Qara metaldan kanatlar və məftillər (min ton)

31

97,5

15,9

Tikinti üçün dirəklər və qara metaldan oxşar avadanlıq (min ton)

üçün dirəklər və qara metaldan oxşar avadanlıq (min ton)

4,9

176

40,5

2006-cı ildə bu sahədə, ötən il olduğu kimi, 11250 nəfər məşğul olub. İşçilərin orta aylıq əmək haqqı 21,1% artaraq, 221,6 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti