...

2006-cı ildə Azərbaycana təxminən 30 min avtomobil idxal edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 15:23 (UTC +04:00)

2006-cı ildə Azərbaycana 29 min 963 minik avtomobili idxal edilib. Dövlət Stastistika Komitəsinə istinadən Trend xəbər verir ki, 2006-cı ildə gətirilən avtomobillərin ümumi həcmi 223 mln. 586,4 min ABŞ dolları təşkil edib. Keçən il respublikaya 2005-ci illə müqayisədə 8% artıq minik avtomobili gətirilib, gətirilən avtomobillərin ümumi dəyəri də keçən ilə nisəbətn 49,4% çox olub.

2006-cı ildə Azərbaycana ümumi dəyəri 78 mln. 529,6 min ABŞ dollar olan 7 min 584 yük avtomobili idxal edilib. 2006-cı ildə respublikaya gətirilən avtomobillərin sayı 2005-ci ilə nisbətdə 10,7% az, ümumi dəyərcə 18,6% çox olub.

2006-cı ildə Azərbaycana ümumi dəyəri 7 mln. 730,8 min ABŞ dolları olan 371 avtobus idxal edilib. 2006-cı ildə respublikaya gətirilən avtobusların sayı 2005-ci ilə nisbətdə 2,9%, ümumi dəyəri isə 29,9% az olub.

Xəbər lenti

Xəbər lenti