...

Azərbaycanın Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Agentliyi tədris mərkəzi yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 15:28 (UTC +04:00)

Azərbaycanın Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Agentliyi tədris və informasiya mərkəzi yaradacaq. Bu barədə Trend agentliyə istinadən xəbər verir. Bu, Yaponiya tərəfdən TWİNİNQ layihəsi çərçivəsində Texniki Əməkdaşlıq üzrə Cəmiyyət (GTZ) və başqa təşkilatlarla danışıqlar nəticəsində mümkün olacaq.

Tədris və informasiya mərkəzi 2007-ci ildən etibarən yaradılacaq, eləcə də bu təşkilatlar tərəfindən texniki yardımın olacağı nəzərdə tutulur.

Eyni zamanda mərkəzin nəzdində yeni təcrübə stansiyaları yaradılacaq və onların vasitəsilə ölkəyə idxal olunan məhsulların keyfiyyəti araşdırılacaq və bu istiqamətdə nəzarət gücləndiriləcək.

Qeyd edək ki, artıq yanvarın 15-dən Agentliyin nəzdində Azərbaycan standartlar institutu fəaliyyət göstərir.

Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət agentliyi AR prezidentinin 27 dekabr 2001-ci il tarixli Fərmanı ilə yaradılıb.

Agentlik sənaye mülkiyyəti obyektlərinin standartlaşdırılması, metrologiyası, sertifikatlaşdırılması və müdafiəsi sahəsində dövlət siyasətini formalaşdıran və aparan, icra hakimiyyətinin mərkəzi orqanıdır.

Xəbər lenti

Xəbər lenti