...

Yanvar ayında Azərbaycanda orta aylıq əmək haqqı 26% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 15:34 (UTC +04:00)

2007-ci ilin yanvarında Azərbaycanda ortaaylıq əmək haqqı 160,6 manat təşkil edib. Bu göstərici ötən ilini analoji dövrü ilə müqayisədə 26,3% çoxdur. Bu barədə Trend ə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ən yüksək əmək haqqı çıxarma sənayesində, maliyyə sahəsində, daşınmaz əmlakla əməliyyat, icarə və istehlakçı sahələrində xidmətlər, həmçinin tikinti sahəsində qeydə alınıb.

Yanvar ayı ərzində orta əmək haqqı adambaşına düşən orta ayılq pul gəlirini 61,1% üstələyib. Onların ölçüsü ötən ilin analoji dövrü ilə müqayisədə 28,4% artaraq 99,7 manat təşkil edib.

Fevralın 1-də əhalinin minimal gəliri 838 manat təşkil edib. Bu 2006-cı ilin yanvar göstəricisini 29,9% üstələyib. Əhalinin real pul gəlirləri vergilər, üzvlük haqqı və digər cari ödəmələrin ödənməsindən sonra 32,8% artımla 741,1 manat təşkil edib.

Yanvar ayında əhali malların əldə olunmasına və xidmətlərə şəxsi gəlirlərinin 86,9%-ni, vergilərin, sosial sığorta və məcburi üzvlük haqlarının ödənilməsinə 11,6%-ni, kapitalın yığılması və artırılmasına 1,5% -ni ayırıb.

Xəbər lenti

Xəbər lenti