...

Beynəlxalq Maliyyə Korporasiyası neft sahəsində servis şirkətlərinin maliyyələşdirilməsi üçün innovasiya strukturu yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 15:48 (UTC +04:00)

Trend in məlumatına əsasən, 2007-ci ilin sonuna qədər Beynəlxalq Maliyyə Korporasiyası ölkənin neft sahəsində çalışan servis şirkətlərinə yardım göstərmək üçün innovasiya strukturu yaratmağı planlaşdırıb.

BMK-nin Mərkəzi Asiya və Şərqi Avropa dövlətləri üzrə regional direktoru Şahbaz Məvəddətin məlumatına əsasən, bu strukturun yaradılmasında əsas məqsəd kiçik və orta müəssisələrin kreditləşdirilməsidir. Regional diretorun sözlərinə görə, bankın seçilməsi ilə bağlı müzakirələr hələ də davam etdirilir.

Ş. Məvəddətin sözlərinə görə, hazırda neft sahəsində olan servis şirkətlərinin maliyyələşdirilməsi sxemi hazırlanır. "Əsas məqsəd kiçik və orta sahibkarlıq subyektlərinin maksimal böyük əksəriyyətini cəlb etməkdir", deyə o, bildirib.

İnnovasiya strukturunun ümumi büdcəsi 15 milyon dollar təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti