...

Azərbaycanda nəqliyyat sahəsində Avrasiya nəqliyyat dəhlizi vasitəsilə daşınmaların həcmi beş il ərzində 1,5 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 16:13 (UTC +04:00)

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2007-ci ilin yanvarında Azərbaycanın nəqliyyat sahəsində 12,2 milyon ton müxtəlif yük daşınıb. Bu göstərici 2006-cı ilin analoji dövrü ilə müqayisədə 16,9% çoxdur. Bu barədə statistika komitəsinə istinadən Trend məlumat verir. Daşınmış ümumi yük həcminin 63,4%-i özəl sahənin payına düşür. 2007-ci ilin yanvar ayı ərzində ümumi yükün 48,5%-i avtomobil nəqliyyatı, 24,7%-i boru kəməri (həmçinin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə 13,2%), 19,8%-i dəmir yolu və 7%-i dəniz nəqliyyatı vasitəsilə daşınıb.

Sərnişin nəqliyyatı vasitəsilə 2007-ci ilin yanvarında 87,3 milyon insan daşınıb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 6,1% çoxdur. Sərnişindaşınmada 83,7% özəl sahənin payına düşür. 83,8%-i sərnişin avtomobil nəqliyyatı vasitəsilə və 15,5%-i metro vasitəsilə daşınıb.

Dəmir yolu nəqliyyatı vasitəsilə 2,4 milyon ton müxtəlif yük daşınıb. Bu göstərici 2006-cı ildəki göstəricidən 11,2% çoxdur. Dəniz nəqliyyatı vasitəsilə 851,6 min ton müxtəlif yük daşınıb. Bu göstərici 2006-cı ildəki göstəricidən 18,6% azdır. Daşınmış yüklərin ümumi həcminin 61,1%-i neft və neft məhsullarının və qalan hissəsi - 38,9%-i quru yüklərin payına düşür. Yüklərin 100%-i beynəlxalq əməliyyatların payına düşür.

Azərbaycan limanlarında emal olunmuş yüklərin həcmi 2007-ci ilin yanvarında 418,4 min ton təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 30% azdır. Emal olunmuş ümumi yük həcminin 88,2%-i tranzit yüklərin payına düşür. Bu göstərici 25,5% aşağı düşüb. Bununla yanaşı, ixrac yüklərinin həcmi 57,4% və idxal yüklərinin həcmi 47,1% təşkil edib.

Avtomobil nəqliyyatı vasitəsilə 5,9 milyon ton yük daşınıb. Bu göstərici 2006-cı ildəki göstəricidən 6,9% çoxdur. Sərnişindaşınmanın həcmi 73,2 milyon nəfər təşkil edib (8,1% artıb).

Metropoliten vasitəsilə sərinişindaşınmanın həcmi 13,5 milyon nəfər təşkil edib və 8,6% artıb. Bu daşınmanın həyata keçiriləmsi ilə 653 min manat məbləğində gəlir əldə olunub. Bu göstərici 2006-cı ildəki göstəricidən 10,5% çoxdur.

Hava nəqliyyatı ilə sərnişin daşınması 8,3% artaraq 102,9 min nəfər təşkil edib. Bu sərnişindaşınmanın 5,3%-i qeyri-dövlət sahəsinin payına düşür.

Azərbaycan ərazisindən Avrasiya nəqliyyat dəhlizi vasitəsilə 2006-cı ildə 48,8 milyon ton təşkil edib. Bu göstərici 2005-ci il göstəricisindən 4,4% çoxdur. Bu göstərici beş il ərzində 1,5 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti