...

BMK Azərbaycanın qeyri-neft sektorunda iştirakını genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 16:55 (UTC +04:00)

Trend xəbər verir ki, Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda fəaliyyətə başladığı vaxtdan ölkənin özəl sektorunda layihələrin maliyyələşdirilməsinə 200 mln. dollar investisiya yatırıb.

Cümə günü Mərkəzi Asiya və Şərqi Avropa üzrə regional direktor Şahbaz Mavaddat bildirib ki, gələcəkdə Azərbaycan iqtisadiyyatına investisiyalar portfelini genişləndirmək planlaşdırılır. Korporasiya əsasən kənd təsərrüfatı, parakəndə satış və digər sahələrdə layihələri maliyyələşdirir.

Son iki ildə BMK 6 Azərbaycan bankı ilə əməkdaşlıq qurub - "UniBank", "Azeriqazbank", "Rabitabank", "Azərbaycan mikromaliyyələşmə bankı", "Bank Respublika", "Kochbank-Azerbaijan". Hazırda "Bank Respublika"nın kapitalında 10 faizə qədər iştirak barədə danışıqlar aparılır, lakin gələcəkdə bu siyahı genişləndirilə bilər.

Xəbər lenti

Xəbər lenti