...

Azəriqazbank səhmdarlarının ümumi iclası dividentlərin ödənilməsini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 19:36 (UTC +04:00)

"Azəriqazbank" ASC-nin səhmdarlarının ümumi iclasında səhmlərə illik 21% rayonunda dividendlərin müəyyənləşdirməsini təsdiqləyib. Bankın idarə heyətinin rəhbəri Azər Mövsumoaun Trend ə verdiyi məlumata əsasən, əlavə edilmiş dividendlər artıq ödənilib.

Bu gün Azəriqazbankın kapitalında 17,5% səhm paketi 2006-cı ilin sentyabrın 8-də bağlanmış müqaviləyə əsaəsn, Beynəlxalq Maliyyə Korporasiyasına (BMK) məxsusdur. Bu gün Azəriqazbankın səhmdarlarının 94%-i fiziki şəxslərdir.

A. Mövsumovun sözlərinə görə, bu gün bankın ümumi kapitalı 13,5 milyon manat səviyyəsində formalaşdırılıb, nizamnamə kapitalı isə 9 milyon manatdır.

Səhmdarların iclasının gündəliyinə həmçinin idarə heyətinin hesabatı, 2006-cı il fəaliyyəti haqda bankın audit komitəsinin hesabatı və maliyyə nəticələrinin təsdiqlənməsi də daxil olub.

Səhmdarlar bankın kapitalında BMK-nin pay əldə etməsi ilə əlaqədar nizamnamə və əsasnaməyə dəyişiklərin edilməsilə, beynəlxalq maliyyə təşkilatları ilə müqavilələrin təsdiq edilməsi, nizamnamə kapitalında vacib pay haqqının iştirakı ilə bağlı məsələlərə baxıb. Bununla yanaşı, bankın 2007-2008-ci illərdə inkişafının əsas istiqaəmətləri planı da dinlənilib.

Xəbər lenti

Xəbər lenti