...

Azərbaycan Dövlət Baytarlıq xidməti Rusiyadan quşçuluq məhsullarının idxalına qadağa qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2007 11:21 (UTC +04:00)

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət baytarlıq xidməti Rusiyadan quşçuluq məhsullarının alınmasına müvəqqəti qadağa qoyub. Bu barədə Trend ə bazar ertəsi dövlət xidmətindən məlumat verilib.

Qadağanın qoyulmasının səbəbi ötən həftə Moskva ətrafında H5 virusunun aşkar edilməsidir. Əvvəl qadağa yalnız Krasnodar vilayətinə dair qoyulmuşdu.

"Bu gün Türkiyə üçün də analoji qadağa qüvvədədir", - deyə dövlət xidmətindən bildirilib.

Virusun Azərbaycana daxil olmasının qarşısını almaq üçün ölkənin bütün sərhəd baytar məntəqələri gücləndirilmiş rejimdə işləyir, ölkədə çöl quşlarının ovuna, satışına və istifadəsinə və virusa yoluxma hallarının qeydə alındığı ölkələrdən Azərbaycana quşçuluq məhsullarının gətirilməsi və istifadəsinə qoyulan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti