...

Deka Bank nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2007 16:37 (UTC +04:00)

Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi "Deka Bank" ASC-nin sadə adsız, sənədsiz aksiyalarının emissiya prosepektini qeydiyyata alıb. Bakı Fond Birjasının bu günkü press-relizinə istinadən Trend in məlumatına əsasən, emissiyanın həcmi 3,450 milyon manat təşkil edir. Bir aksiyanın nominal dəyəri 200 manat ölçüsündə müəyyənləşdirilib.

Emissiya prospektinə əsasən, yerləşdirilmə Bakı Fond Birjasında açıq yazılma yolu ilə həyata keçiriləcək. Səhmlərin yerləşdiriləmsində anderrayter rolunda "Azəriqazbank" ASC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti