...

TRACECA –nın hökumətlərarası komitəsinin iclası başqa vaxta keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2007 12:53 (UTC +04:00)

TRACECA nəqliyyat dəhlizinin iştirakçı-ölkələrinin hökumətlərarası komissiyasının altıncı iclasının vaxtı sentyabr ayına keçiriləcək. Bu barədə Trend ə bu təşkilatın Azərbaycandan milli katibi Akif Mustafayev məlumat verib. Əvvəl bu iclasın yazda keçirilməsi nəzərdə tutulurdu.

İclasın başqa vaxta keçirilməsi bununla izah olunur ki, elə həmin vaxtda Avropa Birliyi ilə nəqliyyat sahəsində əməkdaşlıq haqqında konfransın keçiriləcəyi ehtimal olunur. Bu görüşdə həmçinin TRACECA-nın iştirakçısı olmayan Belarus və Rusiya nümayəndələri də iştirak edəcəklər.

Həmin iclasda bu təşkilatın sədrliyinin Bolqarıstandan Qazaxıstana verilməsi nəzərdə tutulub. Təşkilatın hazırda Qazaxıstanı təmsil edən baş katibi Rustan Cenalinov öz səlahiyyətlərinin icrasını davam etdirəcək.

A.Mustafayevin qeyd etdiyi kimi, iclasda Misirin nəqliyyat dəhlizində müşahidəçi qismində iştirak etmə ehtimalının müzakirə olunacağı nəzərdə tutulub. Həmin ölkə bu təkliflə müraciət edib. Hazırda artıq 6 ölkə bu məsələni razılaşdırıb və müsbət cavab veriblər. Qalan ölkələr həmçinin yaxın vaxtlarda bu məsələ üzrə öz qərarlarını verməlidirlər.

TRACECA-da müşahidəçi statusu yenidir. O, nəqliyyat dəhlizinin iştirakçı-ölkələrinin ötən ilin may ayında Sofiyada (Bolqarıstan) keçirilən beşinci hökumətlərarası iclasında çıxarılmış qərardan sonra tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti