...

2007-ci ildə TRACECA üzrə dörd texniki layihə reallaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2007 13:07 (UTC +04:00)

2007-ci ildə TRACECA nəqliyyat dəhlizi çərçivəsində dörd texniki layihənin reallaşdırılmağa başlaması nəzərdə tutulub. Bu barədə Trend ə bu təşkilatın Azərbaycandan milli katibi Akif Mustafayev məlumat verib.

Hazırda Avropa Birliyinin ekspertləri bu layihələr üzrə texniki tapşırıqların hazırlığını aparırlar.

Layihələrə nəqliyyat dəhlizi marşrutunda logistik mərkəz şəbəkələrinin yaradılması, hava nəqliyyatı dispetçerlərinin hazırlığı, nəqliyyat idarələri əməkdaşlarının keyfiyyətli texniki hazırlığı və Qara və Xəzər dənizlərində dəniz magistralları (gəmiçiliyə yararlı yollar) üzrə regional proqram daxildir.

Birinci layihə TRACECA-nın iştirakçısı olan bütün ölkələrdə logistik mərkəzlərin yaradılmasının texniki əsaslandırmasının hazırlığını nəzərdə tutur. Sonuncu layihə çərçivəsində bölgədə dəniz və çay yolları ilə intermodal daşınmaların maliyyələşdirilməsi və texniki konsepsiyaların nəzərdən keçiriləcəyi ehtimal olunur.

2006-cı ildə dəniz idarələrinin əməkdaşlarının, ekspeditorların hazırlığı və təhlükəli yüklərin daşınması üzrə texniki layihələr reallaşdırılmağa başlayıb. Onların avqustda tamamlanacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti