...

Azərbaycanda ilk dəfə "Etalon Mərkəzi" yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2007 15:05 (UTC +04:00)

Azərbaycanda ilk dəfə "Etalon Mərkəzi" yaradılacaq. Bu barədə Trend Azərbaycanın Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət agentliyinə istinadən xəbər verir.

Azərbaycanda əlverişli investisiya iqlimi xarici investisiya şirkətlərinin sayının artırılmasına xidmət edir. Bu şirkətlər ölçü vasitələrinin texniki tələblərinin uyğun olması üçün xarici ölkələrə müraciət edirlər. Bunun səbəbi nə Azərbaycanda, nə də qonşu ölkələrdə dövlət ölçü vahidlərinin (etalonların) olmamasıdır. Bütün bunlar böyük sayda valyutanın Azərbaycandan xaricə axmasına səbəb olur.

Avropa ölkələri və ABŞ-la 400 min manat dəyərində 9 etalonun alınması üçün müqavilələr imzalanıb. Onlar 2007-ci ilin birinci rübünün sonunadək Azərbaycana gətiriləcəklər.

"Beynəlxalq təcrübə göstərir ki, Azərbaycanda "etalonların" tətbiqi və belə mərkəzin yaradılması ölkə üçün son dərəcə mühüm hadisədir", - deyə agentlikdə hesab olunur.

Xəbər lenti

Xəbər lenti