...

Azərbaycanlı ekspertlər qiymət artımının mənzillərin qiymətinə az təsir edəcəyini bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2007 15:54 (UTC +04:00)

Azərbaycanda dəmir yol və hava nəqliyyatına qiymətlərin artması daşınmaz əmlakın qiymətinə az təsir edəcək. Trend ə "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyinin icraçı direktoru Nüsrət İbrahimovun verdiyi məlumatına əsasən dəmir yol vasitəsilə az sayda tikinti materialları ixrac olunur.

"Buna görə də az təsir daşınmaz əmlakın ilkin bazarında müşahidə olunacaq. İkinci bazara və mənzil icarəsinə gəlincə isə fikirləşirəm ki, qiymət artımı buna təsir etməycək", deyə o, bildirib.

Tarif Şurasında dəmir yolu ilə daşınma və telekommunikasiya xidmətlərinə olan tariflə bağlı təkliflərə baxılır. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (ADDYİ) respublikanın daxili bazarında elektrik enerjisi və dizel yanacağının qiymətinin artırılması ilə bağlı tariflərə baxılması təkilifi ilə çıxış edib. Həmçinin hava nəqliyyatı vasitəsilə daşınmalarda da qiymət artımı gözlənilir.

Yanvarın 8-də növbəti qiymət artımından sonra bu məsələ ADDYİ üçün aktual olub. Tarif Şurasının qərarı ilə A-95 markalı avtomobil benzinin qiyməti 60 qəpiyə qalxıb, A-92 və A-80-55 markaları 55 qəpik, dizel yanacağı isə 45 qəpik olub. 1 kVt/saat elektrik enerjisinin qiyməti 6 qəpiyə qalxıb.

Xəbər lenti

Xəbər lenti