...

AMB 2010-cu ilə qədər Azərbaycanda ÜDM-in iki dəfə artacağını ehtimal edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. İ.Xəlilova / Azərbaycan Milli Bankının proqnozlarına görə, 2010-cu ilə qədər ümumi daxili məhsulun həcmi iki dəfə artacaq. AMB idarə heyətinin sədri Elman Rüstəmovun Xəzər inteqrasiya işgüzar klubunun iclasında bildirdiyi kimi, adambaşına düşən ÜDM həcmi 5000 ABŞ dollarına çatacaq.

2007-ci ildə ÜDM-in 35% artacağı gözlənilir ki, bu da, ilk növbədə, neft sektorunun artım templəri (65%), eləcə də qeyri -neft sektorunun 12% səviyyəsində artması ilə izah olunur.

"Neft strategiyasının reallaşdırılması nəticəsində iqtisadiyyatın diversifikasiyası təmin olunub və bu, son üç il ərzində qeyri-neft sektorunun 11% davamlı artmasına səbəb olub, çünki neft gəlirləri bu sektorun inkişafına yönəldilir", - deyə E.Rüstəmov hesab edir.

Bununla əlaqədar, o, beş il ərzində 600 min yeni iş yerinin açılması üzrə proqnozlara çatmağı real hesab edir.

Xəbər lenti

Xəbər lenti