...

Azərbaycan qəpiklərinin metal tərkibi dəyişdirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Azərbaycan Milli Bankı perspektivdə metal qəpiklərin tərkibinin dəyişdirilməsini istisn a etmir. AMB idarə heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, buna səbəb rütubətin təsirindən qəpiklərin rənginin dəyişilməsidir.

E.Rüstəmov bildirib: "Azərbaycandakı şəraiti nəzərə alaraq metal qəpiklərin tərkibi dəyişdirələcək. Onlar misdən hazırlandığı üçün rütubətli iqlim şəraitində qaralmağa başlayır. Əskinazlar isə yüksək standartlara cavab verir".

Onun sözlərinə görə, yaxın vaxtlarda yeni əskinazların növbəti partiyası gətiriləcək. Sifarişin ümumi həcmi üç illik ehtiyatlar da nəzərə alınmala 1,7 mlrd. manat təşkil edir. Ümumi pul həcminin 94%-ni əskinazlar (1,5, 10,20, 50 və 100 manatlıqlar), 6%-ni isə metal qəpiklər (1,3,5,10,20 və 50 qəpiklər) təşkil edir.

Xəbər lenti

Xəbər lenti