...

RDY: Azərbaycan dəmir yollarında yük dövriyyəsi təxminən 15% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ müxbir Trend S. Əliyev/ 2006-cı ildə MDB dövlətlərinin dəmir yolları vasitəsilə 2005-ci ildən 86,4 milyon tondan çox yük daşınıb. B u barədə "Rusiya Dəmir Yolu" ASC-nin korporativ kommunikasiyalar departamentindən məlumat verilib.

2006-cı il ərzində MDB dövlətlərinin dəmir yolu şəbəkələrində yük daşınma həcminin artım tendensiyası saxlanılıb. İl ərzində bütün dəmir yolları vasitəsilə 2,1 milyard ton yük yüklənib, bu göstərici planlaşdırılmış göstəricidən 2,1% yüksəkdir. 2005-ci illə müqayisədə yüklənmə 86,4 milyon tona qalxıb (+4,2%). Kömür (+3,8%), neft və neft məhsulları (+3,3%), sement (+11,9%), əlvan filiz (+9,2%), dəmir filizi (+8,7%), qara metal (+9,8%), sənaye xammalı (+5,5%), tikinti yükləri (+2,9%),konteyner yükləri (+5,7%) kimi vacib yüklərdə artım qeyd olunub.

Yüklənmə artımının sabitliyi Moldova (+17,7%), Gürcüstan (+15,3%), Qırğızıstan (+12%), Azərbaycan (+10,3%), Qazaxıstan (+10,2%) və başqa dövlətlərin dəmir yolçuları tərəfindən təmin olunub.

Yük dövriyyəsinin artımı 2005-ci illə müqayisədə 5,6% təşkil edib. Daha çox yük dövriyyəsi Moldova (+22,7%), Gürcüstan (+20,4%), Azərbaycan (+14,9%), Tacikistan (+14,5%), Qırğızıstan (+13,6%) və Qazaxıstan (+11,3%) dəmir yollarında əldə olunub.

2006-cı ildə konteynerlərin ortasutkalıq yüklənməsi 5 708 vahid, həmçinin iritonnajlı konteynerlərdə 2 398 vahid təşkil edib. 2005-ci illə müqayisədə bütün konteynerlərin yüklənmə həcminin artımı 1,8%, iritonnajlılarda 5,9% təşkil edib. Yüklənmə artımı ilk növbədə, Rusiya, Qazaxıstan və Latviyanın yollarında müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti