...

Bank of Azerbaijan hələ NK - da xarici kapitalın payını genişləndirmək niyyətində deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. İ.Xəlilova / 2007- ci ilin sonunadək Bank of Azerbaijan nizamnamə kapitalını 20 mln . manata qədər çatdırmağı planlaşdırır . Bu barədə bankın idarə heyətinin sədri Məmməd Həsənli məlumat verib . Hazırda bankın ödənilmiş nizamnamə kapitalı 10 mln. manat, ümumi kapitalı isə - 12,5 mln. manat təşkil edir. Hər bir səhmin nominal dəyəri 20 manat təşkil edir.

Bank of Azerbaijan kapitalının tamamlanmasının bir neçə variantı səhmdarların nəzərinə çatdırılıb. M.Həsənli bildirib ki, bu, mövcud səhmdarların vəsaitləri və ya əhalinin yeni emissiyasından səhmlərin bir hissəsinin satışı və ya istiqrazların yerləşdirilməsi hesabına ola bilər. Ötən il artıq bankın səhmdarlarının strukturunda dəyişikliklər baş verib. Türkiyənin "Turanlar Dış Ticarət" şirkəti 1%-lik səhm paketini Dubayın "NEM" şirkətinə satıb.

Xarici tərəfdaşın payı dəyişməz qalacaq, lakin yeni xarici səhmdarların, beynəlxalq maliyyə institutlarının cəlb olunması hələ Bank of Azerbaijan-ın planlarına daxil deyil.

Bu şirkətdən başqa, Bank of Azerbaijan-ın səhmdarlarının tərkibinə daha iki azərbaycanlı fiziki şəxs daxildir.

Xəbər lenti

Xəbər lenti