...

Azərbaycan və Koreya avtobus alınması üçün kredit imzalamağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2007 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycan Nəqliyyat Nazirliyi və Cənubi Koreyanın " Daewoo " bankı fevralın 22-də Bakıda kredit razılaşması imzalayacaqlar. Nəqliyyat Nazirliyindən bildiriblər ki, bu kredit üzrə vəsaitlər sərnişin daşınmasında böyük tutumlu avtobusların alınması üçün istifadə ediləcək.

Avtobusların tədarükünün ilk mərhələsinə mart ayında başlanmalıdır. Birinci mərhələdə təxminən 200 bu cür avtobusların alınması nəzərdə tutulur. Gələcəkdə daha 500 avtobusun alınması planlaşdırılıb.

Bütün bunlar o səbəbdən edilir ki, aparılan qiymətləndirmələrə görə, sərnişin daşımaları üçün marşrut xçtlçrini təmin etmək üçün təxminən 800 böyük tutumlu avtobus və təxminən 2 min orta tutumlu avtobus lazımdır.

Bütün bu işlər Azərbaycan prezidentinin "2005-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamı çərçivəsində həyata keçiriləcək. Yeni avtobusların alınması şəhərin nəqliyyat infrastrukturunda bəzi problemləri həll etməyə, eləcə də sərnişinlərə xidmətin keyfiyyətinin artırılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti