...

Azərbaycan Nəqliyyat Nazirliyi avtomobil yollarının inkişaf etdirilməsi proqramının dəyərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2007 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Azərbaycan avtomobil yollarının inkişaf etdirilməsi üzrə dövlət proqramının realizəsi 3 mlrd. manatdan artıq vəsait tələb edə bilər. Bu barədə cümə günü Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, proqram yaxın 8 il üçün nəzərdə tutulub. Sənəddə layihələr üzrə qiymətlər verilib və illər üzrə avtomobil yollarında aparılacaq təmir-tikinti işlərinin siyahısı göstərilib.

Azərbaycanın avtomobil yollarının uzunluğu təxminən 20 min km. təşkil edir.

Xəbər lenti

Xəbər lenti