...

Bakıda iki körpünün təcili yenidənqurmaya ehtiyacı var

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2007 18:31 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/"Məşədi Əzizbəyov" metro stansiyası yaxınlığındakı avtomobil körpüsünün təcili yenidənqurmaya ehtiyacı var. Bu barədə nəqliyyat nazirliyi yanında "Azəryolsevis" SC-nin (yol tikinti) rəhbəri Cavid Qurbanov məlumat verib.

Onun sözlərinə görə, həmçinin "Cavanşir" körpüsünün (keçmiş Qaqarin körpüsü) də yenidənqurma işlərinə ehtiyacı var.

Bu körpülər tədricən resurslarını sərf edir. Onlar köhnə texnoligiyalara əsasən tikilib, buna görə də bəzi aralıqların dəyişilməsinə və körpü dayaqlarının möhkəmləndirilməsinə ehtiyac var.

"Körpülərin yenidənqurulması qərarı rusiyalı ekspertlərin tədqiqatlarının nəticələrini təqdim etdikdən sonra qəbul olunub", deyə C.Qurbanov məlumat verib.

O, həmçinin qeyd edib ki, son illər Bakıda avtomaşınların sayı kəskin artıb və bu da körpülərə düşən yüklənmənin artmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti