...

Azərbaycan,Qazaxıstan və Rusiya Xəzərin auditi üzrə yekun sənəd imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2007 11:10 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Martın 12-də Aktauda Qazaxıstanın respublika büdcəsinin yerinə yetirilməsinin idarə edilməsi üzrə komitəsi, Azərbaycan və Rusiyanın hesablama palatalarının birgə kollegiya iclası keçiriləcək. Bu barədə Qazaxıstanın hesablama palatasının mətbuat xidmətindən məlumat verilib.

İclasda Xəzər dənizinin su bioloji resurslarının effektiv istifadəsinin paralel yoxlanmasının, həmçinin nərə balıq növünün mühafizəsi, qorunması, bərpa olunması və rasional istifadəsi istiqamətinə yönəlmiş büdcə vəsaitlərinin yekunları aparılacaq. Bu yoxlama imzalanmış üçtərəfli müqavilə çərçivəsində aparılıb. Bununla yanaşı, kollegiya iclasında Xəzər dənizinin bioloji resurslarının mənimsənilməsi, qorunması və təkrar istehsalı problemlərinə baxılacaq, Xəzər dənizinin karbohidrat xammal ehtiyatlarının işlənməsinin bioloji resursların qorunmasına təsiri qiymətləndiriləcək. İştirakçılara Xəzər dənizinin ekoloji və mühafizə problemlərinin dövlət səviyyəsində qaydaya salınması ölçüləri təqdim olunacaq. Qazaxıstanın respublika büdcəsinin yerinə yetirilməsinin idarə edilməsi üzrə komitəsi, Azərbaycan və Rusiyanın hesablama palataları birgə kollegiya iclası nda paralel yoxlamaların nəticələrinə əsasən yekun sənəd imzalayacaq.

İclasın işində Xəzəryanı dövlətlərin təbiəti mühafizə nazirlikləri, alimlər və parlament deputatlarının iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti