...

Azərbaycanda " quş qripi " nə qarşı tədbirlər müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2007 13:06 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Biləsuvarda zona kollegiya iclası keçirib. Bu barədə dövlət xidmətindən məlumat verilib.

2006-cı ildə aparılmış işlərin yekunlarına və 2007-ci il üçün təbdirlərin müəyyənləşdirildiyi zona iclası 18 cənub rayonunun (Masallı, Yardımlı, Biləsuvar, Saatlı, Əli-Bayramlı, Hacıqabul və b.) baytarlarının iştirakı ilə keçirilib.

Xidmət rəisi İsmayıl Həsənov apardığı iclasın gedişində "quş qripi"nin prafilaktikasına xüsusi diqqət yetirilib.

"Baytarlıq idarələrinin nümayəndələri bununla bağlı müvafiq göstəriş və əmrlər alıb, həmçinin onların işlərində çatışmamazlıqların aradan qaldırılması məsələləri müzakirə olunub", dövlət xidmətindən bildirilib. Bu gün regional baytarlıq idarələri lazımi dezinfeksiyaedici maddələr və "quş qripi"nə qarşı mübarizə çərçivəsində xüsusi geyimlə təmin olunub.

Əhaliyə vəhşi quşlarla əlaqədən qaçmaq üçün ev quşlarını qapalı yerdə saxlamaq təkidlə məsləhət görülür. Vəhşi quşların ovuna və qidada istifadə edilməsinə qoyulmuş qadağa qüvvədədir.

Xəbər lenti

Xəbər lenti