...

Azərbaycan dünya istehsalçılarından taksi üçün avtomobillər almaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2007 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycan Nəqliyyat Nazirliyi taksi kimi istifadə üçün avtomobil alınması məqsədilə dünya avtomobil istehsalçıları ilə danışıqlar aparır. Bu barədə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

M.Pənahov bildirib: "Nazirlik "Mercedes", "Volkswagen", "Renault" şirkətləri ilə danışıqlar aparır. Avtomobillərin bir hissəsinin bu ilin sonuna kimi Bakıya gətiriləcəyi gözlənilir".

Bütün avtomobillər Avro-2, Avro-3 ekoloji standartlarına müvafiq olacaq.

Bakıda taksi dayanacaqları üçün yerlər artıq ayrılıb. Ümumilikdə sərnişinlər tərəfindən daha çox tələbat hiss olunan yelərdə 65 bu cür məntəqə yaradılıb. Nazir bildirib ki, bu dayanacaqlar beynəlxalq standartlara uyğun təchiz ediləcək.

Xəbər lenti

Xəbər lenti