...

"Baku Steel Company" Azərbaycan bazarında armaturun qiymətini aşağı salmağa müyəssər olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ " Baku Steel Company " şirkəti ( BSC ) bu il istehsalı bərpa edəndən sonra yerli bazarda qiymətlərin aşağı salınmasına müyəssər olub. Bu barədə BSC -nin vitse-prezidenti Əli Əsgəri bildirib. Onun sözlərinə görə, fevral ayından armaturun qiyməti 10% aşağı düşüb.

Ə.Əsgəri bildirib: "Bazarda məhsul qıtlığının və qiymətlərin qalxmasının qarşısını almaq üçün biz istehsalı dayandırmamağa çalışırıq".

BSC xammal çıtışmazlığı səbəbindən 2007-ci ilin əvvəlindən istehsalı dayandırmışdı.

Bu gün üçün ölkənin ikinci ən iri vergi ödəyicisi sayılan şirkətin istehsal gücü ildə 350 min ton təşkil edir, şirkət əməkdaşlarının sayı 2 min nəfərdən artıqdır. 2006-cı ildə BSC -nin istehsal gücü 300 min ton təşkil edib.

Vitse-prezident bildirib ki, istehsal üçün xammal çatışmazlığı nəzərə alınmaqla 2007-ci ildə məhsul istehsalı üzrə proqnoz zavodun layihə gücünün yarısını təşkil edə bilər - təxminən 180 min ton.

Ə.Əsgəri bildirib: "Buna baxmayaraq, biz Azərbaycan bazarında işləməyə maraqlıyıq".

Xəbər lenti

Xəbər lenti