...

Bərdədə plastik kartla əmək haqqı almaqda böyük növbələr yaranır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunda əhalinin böyük əksəriyyətinin əmək haqlarını və müavinətlərini plastik kartla Kapital bankın bankomatlarından alınmasında problemlər yaranıb. Sakinlərin sözlərinə görə, yaranan problem əsasən rayonda Kapital Bankın 4 bankomatının olmasındadır. Bu isə öz növbəsində böyük növbələr yaradır. Yəni bir adam bankomatdan pul çıxartmaq üçün 1-2 saata yaxın növbə gözləməlidir. Sakinlər onu da qeyd ediblər ki, 4 bankomatın olmasına baxmayaraq, Kapital Bank bunların cəmi 1 və 2-nə pul yerləşdirir. Digərləi isə həmişə bağlı olur və ya işləmirlər. Məsələ ilə bağlı Kapital Bankın Bərdə rayon üzrə filialının rəisi Yunis Nərimanov sakinlərin sözlərinin yalandan başqa heç nə olmadığını, rayonda 4 bankomatın və heç bir növbələrin olmadığını bildirib. Y.Nərimanov onu da əlavə edib ki, rayonda daha bir bankomat quraşdırılacaq. Ancaq bizim apardığımız müşahidələr nəticəsində məlum olub ki, sakinlərin iddiası həqiqətdir. Bərdə Rayon İcra Hakimiyətinin ümumi şöbə müdiri əhalinin sözlərini real olduğunu, Bərdə üçün 4 bankomatın az olduğunu deyib. Onun sözlərinə görə, onlar əlaqədar orqanlara bu məsələ ilə bağlı müraciət ediblər.

Xəbər lenti

Xəbər lenti