...

Azərbaycanda 18 yeni yol qovşa ğ ı və k örpülərin tikintisinə hazırlıq işləri görülür

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə, S.Əliyev / Nəqliyyat Nazirliyi tərəfindən 18 yeni yol qovşaqları və körpülərin tikintisinə hazırlıq işləri görülür. Bu barədə bazar ertəsi jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.

Z.Məmmədov yeni yol qovşaqları və körpülərin tikintisinə nə qədər vəsa i t in ayrılacağını açıqlamayıb.

Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsinin genişləndirilməsi təklifi ilə hökumətə müraciət edib.

Martda "20 Yanvar" metrosu yaxınlığındakı yol qovşağı və metronun yanında prospekti Tbilisi prospekti ilə birləşdirən tunel istismara veriləcək. Hazırda Bakıda yeddi yol qovşağının tikintisi aparılır. Onlardan ikisi artıq istismara verilib. həmçinin yeraltı keçidlərin tikintisi nəzərdə tutulub. Bütün bu işlər Azərbaycan prezidentinin "2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamı üzrə Bakı şəhərində nəqliyyat infrastrukturunun yükünün azaldılması layihəsi çərçivəsində həyata keçirilir. Bu işlərin iki il ərzində tamamlanması planlaşdırılır. İşlərin ümumi məbləği 300 mln. AZN həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti