...

Naxçıvanda plastik kartlarla əmək haqqı almaqda fasilələr yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/müxbir Trend C.Qurbanoğlu/Naxçıvanda plastik kartlarla əmək haqqı almaqda fasilələr yaranıb. Yerli sakinlərin sözlərinə görə buna səbəb bankomatlarda pulun olmamasıdır.

Kapital Bankın Naxçıvan MR Baş İdarəsindən isə təkzib edilərək bildirilib ki, heç bir fasilə mövcud deyil və sakinlər istədiyi zaman əmək haqqı və müavinətlərini ala bilərlər.

Adıçəkilən təşkilatdan onu da bildiriblər ki, şəhərdə işləyən 5 bankomatdan yalnız birində prosedur icra edilə bilməz ki, bu da bankomatın yerləşdirildiyi müəssisənin bərpası ilə bağlıdır. "Olimpiya İdman Kompleksinin bərpası ilə ilə əlaqədar yalnız orada yerləşən bankomatın fəaliyyəti dayandırılıb. Bu sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və kompleksin bərpası başa çatdıqdan sonra bankomat yenidən işə salınacaq" deyə Baş İdarədən bildirilib.

Xəbər lenti

Xəbər lenti