...

Rusiyannı "KD avia" şirkəti Bakıdan Kalininqrada aviareys açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2007 20:33 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/"KD avia" şirkəti bu ilin yay ayında Bakıdan Kalininqrada aviareys aç maq niyyətindədir. Bu barədə şirkətdən məlumat verilib. Bakı ilə yanaşı Praqa, Kazan, Yekaterinburq və Astanaya da reyslərin açılması nəzərdə tutulub.

Həmçinin London, Barselona, Omsk, Tümen, Volqoqrad, Ufa, Samara, Nijniy Novqorod, Moskva və Sankt-Peterburqa da reyslərin açılması planlaşdırılıb. Həmçinin Kalininqraddan Münxen, Hamburq, Dyüsseldorv, Berlin, Budapeşt, Roma və Milana da reyslər nəzərdə tutulub. Bunun üçün yeni sistem tətbiq olunacaq. Sistem növbəti qayda ilə işləyir. Səhər "KD avia" şirkətinin təyyarələri Rusiyanın müxtəlif şəhərlərindən uçur və günorta Kalininqrada eniş edir. Sərnişinlər sərhəd nəzarətindən keçir, yenidən həmin təyyarəyə oturub Avropa şəhərlərinə uçurlar. Axşam saat 19:00-da onlar oradan Kalininqrada qayıdırlar və yenidən yer dəyişmə baş verir və gecəyə yaxın sərnişinlər Rusiya şəhərlərinə uçur. Təyyarə dəyişmə saat 1-3 saat çəkir. Sxemin çatışmayan cəhəti təyyarələrin Rusiya şəhərlərinə gec uçub gəlməsidir.

Xəbər lenti

Xəbər lenti