...

Fin şirkəti Azərbaycanda zibil emalı zavodunun tikintisi ilə bağlı təklifləri qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2007 16:29 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/"Poyri" fin şirkəti Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi üçün ölkədə zibil emalı zavodunun tikilməsində maraqlı olan şirkətlərin təkliflərinə əsasən ekspert nəticəsini hazırlayır. Bu barədə hökumətdən məlumat verilib.

Təkliflər EBARA, Mitsubishi yapon və EVN Avstriya şirkətləri tərəfindən təqdim olunub.

İlkin mərhələdə məişət tullantılarının emalı üçün Bakıda orta güclü bir müəssisənin tikintisi nəzərdə tutulub.

EBARA-nın təklifinə əsasən, bütün zibilin yandırılması, tullantılardan isə (ümumi həcmin 10%-i) hər il 12mVt həcmində elektrik enerjisi əldə etmək nəzərdə tutulub. Yanmadan sonra tullantılar yenidən istifadə olunur və onlar üçün yeni poliqonlar yaradılacaq.

Bütün bu tədbirlərin həyata keçirilməsi üçün Avropa Yenidənqurma və İnkişafı Bankının məsləhətçilərinin ilkin qiymətləndirdiyi kimi, təxminən 350 mln. avro tələb olunacaq.

Bu layihədə "Azərbaycan İnvestisiya Şirkəti" SC-nin də iştirakı da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti