...

Azərbaycan Cənubi Koreyaya aviareyslər həyata keçirməyə başlaya bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2007 20:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Azərbaycan Mərkəzi Asiya regionunda Cənubi Koreya ilə "Kod şerinq" müqaviləsi bağlayan ilk dövlətdir. Asia Pulse-nin məlumatına əsasən, Cənubi Koreya Azərbaycanla iki ölkə arasında hava və yük nəqliyyatına olan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılığa gəlib.

Müqavilə Bakı və Seul arasında müntəzəm uçuşların açıq olacağını nəzərdə tutur. Həmçinin müqaviləyə əsasən, biznes əsəkdaşlığının gücləndirilməsi və iki ölkə üçün qeydiyyat prosedurunun yüngülləşdirilməsi nəzərdə tutulub. İki aviaşirkət arasında Code sharing kommersiya müqaviləsi uçuşların və təyinat şəbəkələrinin effektiv genişləndirilməsi yolu ilə bir şirkətə gəlirlərə dəstək üçün digər şirkətin uçuşa olan fərqləndirici kodundan istifadə etməyə imkan verir.

Bu vaxta qədər Cənubi Koreyanın Çin, Tayland, Vyetnam, Kamboca, Myanmar və Ukrayna ilə belə müqaviləsi olub.

Xəbər lenti

Xəbər lenti