...

Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyanın iclasının tarixi təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2007 20:53 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyanın (yeni strukturun formalaşmasından sonra) ilk iclasının tarixi təyin olunub. İclas 14-16 mart tarixində Yunanıstanda keçiriləcək. Bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib. Hazırda Yunanıstan tərəfi ilə iclasın gündəlik və iclasın yekununda imzalanacaq protokolun razılaşdırılması işi aparılır.

"Yunanıstan tərəfindən irəli sürülən əsas məsələ Azərbaycan qazının Yunanıstana çatdırılmasıdır. Bu sahədə əməkdaşlıq olduqca vacibdir. Yunanıstan həmçinin Azərbaycanın bütün regional layihələrini dəstəkləyir. İqtisadi əməkdaşlıq sahəsində bu dövlətlə problem yoxdur", deyə nazir qeyd edib.

H.Babayev Azərbaycan komissiyasının həmsədri təyin olunub.

Xəbər lenti

Xəbər lenti